reklam
U-16 Liqası:
Sportfm.az xəbər saytı

U-16 Liqası:"Neftçi", yoxsa "Zirə"?


Bu gün U-16 Liqasında 33-cü turun oyunları keçiriləcək.

Sportfm.az xəbər verir ki, eyni zamanda bu turla cari çempionata yekun vurulacaq. «Qəbələ»nin çempionluğu, «Vətən»in isə 2-ci yeri təmin etdiyi birincilikdə bürünc medalçıların adına məhz son turda aydınlıq gələcək. 3-cü yerə 2 iddialı var – «Neftçi» və «Zirə». «Neftçi»nin şansı daha yüksəkdir. «Zirə»ni 2 xal qabaqlayan «Neftçi» istəyinə çatmaq üçün «Kəpəz»lə oyunda mütləq qələbə qazanmalıdır. Əks halda «Zirə» «Sumqayıt»a qalib gəlməklə 3-cü yerə sahib çıxacaq. Əgər «bürünc»ə iddialıların xalları yeni olarsa, o halda sevinən tərəf «Zirə» olacaq. Çünki şəxsi oyunlarda «Zirə» daha yaxşı nəticə göstərib («Neftçi» - «Zirə» 0:1, 1:3, 2:0).

Yeri gəlmişkən, bu gün Qəbələdə çempion «Qəbələ» komandasına qızıl medallar təqdim olunacaq. 

33-cü tur

12:00 «Zirə» - «Sumqayıt»

(Aviasiya Akademiyasının stadionu)

13:00 «Qəbələ» - «Neftçi» İK İB

(«Qəbələ» şəhər stadionu)

14:00 «Turan» - «Keşlə»

(Tovuz şəhər stadionu)

15:00 «Kəpəz» - «Neftçi»

(Gəncə şəhəri, TİM-nin meydanı)

15:00 «Qarabağ» - «Vətən»

(Binə qəsəbə stadionu) 

Cəza səbəbindən turu buraxacaq futbolçuların siyahısı: Samir Qasımov, Ramin Məhərrəmli (hər ikisi «Zirə»), Hüseyn Mürsəlov, Rauf Məhərrəmov (hər ikisi «Qəbələ»), Turxan Quluzadə («Keşlə»), Cavad Paşayev («Neftçi» İK İB). 

Bombardir: Emil Quluzadə («Vətən») – 26 qol. 

«Het-trik news» qəzeti

Oxşar xəbərlər

U-16 Liqası: "Bürünc""Neftçi"!
U-16 Liqası: Mərkəzi oyun Aviasiya Akademiyasının stadionunda olacaq
U-16 Liqası: "Vətən" çempionu məğlub edə biləcəkmi?
U-16 Liqası, 21-ci tur: Tovuzda derbi var
U-17 Liqası: Mərkəzi oyunda bərabərlik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər