Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İlk qırmızı vərəqə göstərmiş hakim dünyasını dəyişdi
Futbol üzrə dünya çempionatları tarixində ilk qırmızı vərəqəni göstərmiş türkiyəli keçmiş hakim Doğan Babacan vəfat edib.
Sportfm.az xəbər verir ki, Babacan 88 yaşında dünyasını dəyişib. O, həm də mundiallarda iştirak etmiş ilk türkiyəli hakim kimi tarixə düşüb. 1974-cü ildə Almaniyada keçirilmiş dünya çempionatına qatılan Babacan çilili futbolçu Karlos Kasseliyə qırmızı vərəqə göstərib. Kasseli Almaniya ilə qarşılaşmanın 67-ci dəqiqəsində Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqtsa qarşı kobudluq etdiyi üçün meydandan qovulub.
Qeyd edək ki, dünya çempionatlarında qırmızı vərəqənin tətbiqi 1970-ci ildən başlasa da, hakimlər bundan istifadə etməyiblər. (report)
Oxşar xəbərlər
"Bu cür sadə qırmızı vərəqəni qəbul etmirəm” - Qurban Qurbanov
"Zirə"nin iki futbolçusu "Kəpəz"lə oyunda meydandan qovuldu
Derbilərdə görünməmiş vərəqə sayı: 4 qırmızı
Ronaldo meydandan qovuldu - Karyerasında ilk dəfə...
Mundialda ilk qırmızı vərəqənin sahibi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin









.jpg)





Misli Premyer Liqası