Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qarabağ"ın 5 futbolçusu cəbhəyə yollanır
“Qarabağ”ın beş futbolçusu bu gün cəbhə bölgəsində əsgərlərimizlə görüşəcək.
Sportfm.az xəbər verir ki, bu barədə Oxu.Az-a klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.
Belə ki, əcnəbilərdən bosniyalı qapıçı İbrahim Şehiç də daxil olmaqla, Coşqun Diniyev, Maksim Medvedev, Qara Qarayev və Elvin Yunuszadə cəbhə bölgələrimizdən birində əsgərlərimizlə görüşəcək.
Klubun məşqçilər heyətindən isə heç kim bu səfərdə olmayacaq. Buna səbəb komandanın Azərbaycan Premyer Liqasının sonuncu – XXVIII turunun “Qəbələ” ilə görüşünə hazırlaşmasıdır.
Qeyd edək ki, çempionat başa çatmasa da, “Qarabağ” ölkə çempionluğunu öncədən təmin edib.
Oxşar xəbərlər
Ağdam klubunun 9 futbolçusu rəmzi komandada - FOTO
"Qarabağ"ın 12 futbolçusu yığmada
"Qarabağ"ın futbolçuları əsgərlərlə futbol oynadı - VİDEO
Sehiçin əvəzedici komandaya göndərilməsi xəbərinə "Qarabağ"dan — AÇIQLAMA
Ağdam təmsilçisi iştirak ərizəsini UEFA-ya təqdim etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası