reklam
Quliyev 6-cı oldu, Kopello yarışmadı
Sportfm.az xəbər saytı

Quliyev 6-cı oldu, Kopello yarışmadı


Atletika üzrə dünyanın məşhur yarışlarından olan "Brilyant Liqa"da ikinci mərhələnin yarışları keçirilib.

Sportfm.az xəbər verir ki, Şanxayda baş tutan turnir azərbaycanlı sprinter Ramil Quliyev üçün uğursuz alınıb.

Belə ki, bu dəfə kişilərin 200 m məsafəyə qaçışı olmadığından həmyerlimiz 100 m məsafəyə qaçışda start xəttinə çıxıb. O, 10,20 saniyə nəticə ilə 6-cı yeri tutub və aktivinə 3 xal yazdırıb. Birinci pilləni isə Rice Preskod (Böyük Britaniya) tutub. O, 100 m məsafəni 10,04 saniyəyə qət edib.

"Brilyant Liqa"nın ilk mərhələsində iştirak edən yığmamızın lideri Aleksis Kopello isə bu dəfə yarışa qatılmayıb. Buna səbəb Şanxayda üçtəkanla tullanmada kişilərin deyil, qadının mübarizə aparması olub.  

Qeyd edək ki, "Brilyant Liqa" 14 mərhələdən ibarətdi.

Oxşar xəbərlər

Brilyant Liqanın mərhələ yarışı təxirə salındı
Ramil Quliyev ikinci oldu
Atletlərimiz EYOF-a uğursuz start verdi
Ramil Quliyev qitələrarası dünya çempionatında ikinci oldu
Ramil Quliyev “Diamond League”də qalib gəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər