reklam
Neymar mükafatını Ronaldodan aldı -
Sportfm.az xəbər saytı

Neymar mükafatını Ronaldodan aldı -FOTO


Fransanın PSJ klubunun hücumçusu Neymar 2017/2018 mövsümündə Liqa 1-in ən yaxşı futbolçusu seçilib.

Sportfm.az xəbər verir ki, braziliyalı forvarda mükafatı həmyerlisi Ronaldo təqdim edib.

PSJ-ni tərk edəcəyi açıqlanan Unay Emeri mövsümün məşqçisi, "Marsel"dən Stiv Mandanda ən yaxşı qapıçı seçilib. Parislilərin forvardı Kilian Mbappe isə "Liqanın ümidi" mükafatını alıb.

Qeyd edək ki, Neymar ötən yay 222 milyon avro qarşılığında İspaniyanın "Barselona" klubundan PSJ-yə keçib. 26 yaşlı hücumçu Paris təmsilçisinin ölkə çempionu olduğu mövsümdə 20 matçda 19 qol vurub və 13 məhsuldar ötürmə verib.

Oxşar xəbərlər

Neymar zədələndi - Matçdan əvvəl
"Real Madrid" Neymara illik 40 milyon avro məvacib təklif etdi
Neymar elə bir təklifi rədd etdiki...
Neymar üçün iki ulduz və 60 milyon avro
Mövsümün ən yaxşı məşqçisi açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər