“Neftçi” və “Zirə” qalib gəldi
Bu gün Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçirilib.
Sportfm.az xəbər verir ki, Avroliqa uğrunda mübarizəni davam etdirən "Neftçi" və "Zirə" turnir cədvəlinin son iki pilləsində qərarlaşmış komandalarla qarşılaşıb. "Ağ-qaralar" "Səbail"i, "Zirə" isə "Kəpəz"i qəbul edib. Gözlənildiyi kimi, həm "Neftçi", həm də "Zirə" bu oyunlardan qalib ayrılıb və Avroliqaya bir qədər də yaxınlaşıblar.
Azərbaycan Premyer Liqası, 27-ci tur
12
Neftçi - Səbail 3:1
Qol: Namiq Ələsgərov, 33. Rəhman Hacıyev, 37. Lukas Qomes, 80 - Yevgeni Koçuk, 84-pen.
Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Ziya Nəsirov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Məlik Həsənov
Bakı. “Dalğa Arena”, 19:00
Zirə - Kəpəz 2:1
Qol: Riçard Qadze, 41. Tellur Mütəllimov, 74 - Şəhriyar Rəhimov, 45+1-pen.
Qırmızı vərəqə: Milan Duriç, 8 - Kamran Abdullazadə, 79.
Hakimlər: Ramil Diniyev, İsgəndər Əliyev, Elman Kərimov, Vüqar Həsənli
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Kərim Ağayev
Zirə. İdman kompleksinin stadionu, 19:00
Oxşar xəbərlər
Maşallah Əhmədovun "ayağı" "Zirə"yə "düşəcəkmi"?
Əliyar Ağayev Qəbələyə göndərilir
Mərkəzi oyun Elvin Əsgərova tapşırıldı
Bu gün Azərbaycan Premyer Liqasında XVIII tura start veriləcək
Rəhim Həsənov "dincəlir", Fariz Yusifov Zirəyə yollanır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası