Dünya çempionatının birinci günündə Azərbaycan idmançılarından 6 medal
Mayın 11-də Bakı İdman Sarayında idman kapoeyrası üzrə dünya çempionatının birinci gününün çıxışları başa çatıb.
Sportfm.az xəbər verir ki, yarışın birinci günündə uşaqlar və yeniyetmələr bacarıqlarını nümayiş etdiriblər.
Çempionatda 10-12 yaşlı qızların yarışında ölkəmizi təmsil edən Gülçöhrə Abbasova, oğlanların yarışında isə Turan Eldarov final mərhələsində məğlub olaraq gümüş medalla kifayətləniblər. Həmçinin 13-15 yaşlı qızların yarışında Zeynəb İslamova gümüş, oğlanların mübarizəsində Mirhəsən Əliyev qızıl medal qazanıblar. Səftər Süleymanov və Azər Orucov isə bürünc medallara layiq görülüblər. Günün sonunda isə 16-17 yaşlıların yarışında Mirnihad Ağayev ikinci yerdə qərarlaşıb.
Beləliklə, dünya çempionatının birinci günündə Azərbaycan təmsilçiləri 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar.
Dünya çempionatına mayın 12-də yekun vurulacaq.
Oxşar xəbərlər
Bakıda idman kapoeyrası üzrə dünya çempionatına start verildi
Bakıda idman kapoeyrası üzrə dünya çempionatına start verildi
Bakı növbəti mötəbər turnir - Dünya Çempionatı
12 ən iri qrup Bakıya toplanır
İdman dırmanması üzrə açıq respublika çempionatı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Gəncə” ilk oyununda məğlub oldu - FIBA Avropa Kuboku
-
Zelim finalda uduzdu, Ömər bürünc medal qazandı - Dünya çempionatı
-
"Antalyaspor" millimizlə oynayacaq
-
"Onlar məni dünya çempionu etdilər" - Messi
-
Bu gün daha 3 qarşılaşma keçiriləcək - Azərbaycan kuboku
-
İki boksçumuz yarımfinalda - Avropa Çempionatı














Misli Premyer Liqası