reklam
Millimiz qrup ikincisi oldu
Sportfm.az xəbər saytı

Millimiz qrup ikincisi oldu


2000-ci il təvəllüdlü futbolçular arasında Slovakiyada təşkil olunmuş beynəlxalq turnirdə qrup mərhələsinə yekun vurulub. 

Sportfm.az xəbər verir ki, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması 3-cü turda Slovakiya komandası ilə qarşılaşıb. Oyun qolsuz bərabərliklə yekunlaşıb. Bu nəticədən sonra hesabındakı xalları 4-ə çatdıran yığmamız qrupda 2-ci yeri tutub. 

Turnirin əsasnaməsinə uyğun olaraq, qrup qalibləri finalda, 2-ci pillənin tutan komandalar isə 3-cü yer uğrunda oyunda mübarizə aparmalıdır. Yığmamız sabah keçiriləcək 3-cü yer uğrunda oyunda digər qrupun 2-cisi olan Amerika Birləşmiş Ştatları komandası ilə qarşılaşacaq. Finalda isə Slovakiya və Çexiya üz-üzə gələcək.

Oxşar xəbərlər

Yığmamız yarımfinala yüksəldi - İslamiada
Yığmamız yarımfinala yüksəldi - İslamiada
Yığmalarımızın rəqibləri bilindi - Avropa çempionatı
Yığmamız Yunanıstan komandası ilə qarşılaşdı
Yığmamız Ermənistanla qarşılaşacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər