reklam
Formula 1 Azərbaycan Qran-Prisinin qalibi məlumdur -
Sportfm.az xəbər saytı

Formula 1 Azərbaycan Qran-Prisinin qalibi məlumdur -Luis Hamilton


“Mercedes” komandasının pilotu Luis Hamilton Azərbaycan Qran-Prisində qalib gəlməklə karyerasında 63-cü qələbəsini qazanıb.

Sportfm.az xəbər verir ki, L.Hamilton 120-ci dəfə podiuma qalxıb. Dörd dəfə dünya çempionu olan L.Hamilton Formula 1 yarışında ilk dəfə 2007-ci ildə “McLaren” komandasının heyətində debüt edib. Britaniyalı pilot 2008-ci ildə birinci çempionluğunu yaşayıb. 2013-cü ildə “Mercedes” komandasında transfer edilən britaniyalı pilot üç dəfə - 2014-cü, 2015-ci və 2017-ci illərdə ən güclü olduğunu sübut edib.

Bakı trekində qalib gəlməklə Luis Hamilton “Ferrari”nin sürücüsü Sebastian Fetteli qabaqlayaraq çempionatda liderliyi ələ keçirib. Bu qələbə sayəsində xallarının sayını 70-ə çatdıran britaniyalı pilot birinci sıraya yüksəlib. İkinci sıraya geriləyən S.Fettelin aktivində 66 xal var. Azərbaycan Qran-Prisində ikinci yeri tutan “Ferrari”nin sürücüsü Kimi Raikkonen xal ehtiyatını 48-ə çatdıraraq üçüncü sırada qərarlaşıb. Qran-Pridə üçüncü olan “Force India” komandasının pilotu Serxio Peres isə 9-cu sıraya yüksəlib.

Komandaların yarışında isə “Ferrari” komandası 114 xalla birinci sıradadır. “Mercedes” 110 xalla ikinci, “Red Bull Racing” isə 55 xalla üçüncü sırada qərarlaşıblar.

Xatırladaq ki, 2016-cı ildə Bakıda keçirilən Formula 1 Avropa Qran-Prisinin qalibi “Mercedes”in almaniyalı pilotu Niko Rosberq olub. Ötən il isə Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing” komandasının avstraliyalı sürücüsü Daniel Rikkardonun qələbəsi ilə başa çatıb.

Formula 1 üzrə növbəti Qran-Pri mayın 11-13-də İspaniyada keçiriləcək.

Oxşar xəbərlər

Səudiyyə Ərəbistanı Qran-Prisinin qalibi bilindi - Formula 1
Hamiltonun 100-cü qələbəsi - UĞUR
Hamilton yenə qalib oldu - Böyük Britaniya Qran-Prisi
"Bakıda Formula 1 yarışları həyəcanlı olur" - Serxio Peres
Hamilton Şumaxerin rekordunu təkrarladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər