reklam
U-16 Liqası:
Sportfm.az xəbər saytı

U-16 Liqası:"Qəbələ"dən daha bir "qızıl" gəlir


Bu gün U-16 Liqasında «Zirə» - «Vətən» matçı ilə 29-cu tura start verilib.

Sportfm.az xəbər verir ki, turun mərkəzi oyununda turnir cədvəlinin 2 və 3-cü pillələrində qərarlaşan «Zirə» ilə «Vətən» üz-üzə gəldilər. Aviasiya Akademiyasının stadionunda keçirilən oyunda «Vətən» 3:0 hesabı ilə qalib gələrək 2-ci yerin şəriksiz sahibi oldu. Fərrux İsmayılovun komandasından qolların ikisini Tural Nəsirov, birini isə çempionatın bombardiri Emil Quluzadə vurdu.

Sabah U-16 Liqasında daha 3 oyun keçiriləcək. «Qəbələ» evdə «Qarabağ»ı məğlub edəcəyi halda çempionatın başa çatmasına 4 tur qalmış çempion adını qazanacaq. Eynilə U-17 Liqasında olduğu kimi. Xatırladaq ki, bazar ertəsi U-17 Liqasında «Zirə»ni 3:0 hesabı ilə məğlub edən «Qəbələ» birinciliyin başa çatmasına 4 tur qalmış çempionluğunu rəsmiləşdirmişdi.

29-cu tura cümə günü Sumqayıtda keçiriləcək «Sumqayıt» - «Keşlə» matçı ilə yekun vurulacaq. 

26 aprel (cümə axşamı)

13:00 «Səbail» - «Neftçi»

(«Bayıl Arena»)

14:00 «Qəbələ» - «Qarabağ»

(Qəbələ şəhər stadionu)

14:00 «Turan» - «Kəpəz»

(Tovuz şəhər stadionu) 

27 aperl (cümə)

14:00 «Sumqayıt» - «Keşlə»

(Sumqayıt şəhəri, «Kapitalbank Arena») 

Cəza səbəbindən turu buraxacaq futbolçuların siyahısı: Nemət Musayev, Mircəfər Əlizadə (hər ikisi «Kəpəz»), Veysəl Rzayev, Rüfət Əhmədov (hər ikisi «Qəbələ»), Şahmar Abbaszadə, Murad Həsənli (hər ikisi «Sumqayıt), Şirin Şirinov («Keşlə»). 

Bombardir: Emil Quluzadə («Vətən») – 22 qol. 

«Het-trik news» qəzeti

Oxşar xəbərlər

U-16 Liqası: "Bürünc""Neftçi"!
U-16 Liqası: "Vətən" çempionu məğlub edə biləcəkmi?
U-16 Liqası, 21-ci tur: Tovuzda derbi var
U-17 Liqası: Mərkəzi oyunda bərabərlik
U-16 Liqası: 18-ci turda 3 gözlənilməz nəticə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər