reklam
Pirlo və Raul yenidən yaşıl meydanlarda
Sportfm.az xəbər saytı

Pirlo və Raul yenidən yaşıl meydanlarda


Aprelin 21-də İsveçrənin Cenevrə şəhərində BMT və UEFA-nın təşkilatçılığı ilə baş tutacaq xeyriyyə matçı üçün heyətlər müəyyənləşib.

Sportfm.az xəbər verir ki, "Stade de Geneve" arenasında baş tutacaq görüşdə "Fiqu və onun dostları" ilə "Ronaldinyo və onun dostları" komandaları qarşılaşacaq.

Fransalı Didye Deşamın baş məşqçisi olacağı "Fiqu və onun dostlar" komandasının heyətində Luiş Fiqu, Dida, Vitor Bayya, Miçel Salqado, Frank de Bur, Rio Ferdinand, Kristian Kivu, Deyan Stankoviç, Rober Pires, Yari Litmanen, Kristian Karambö, Andrea Pirlo, Raul Qonsales, Robbi Kin, Kelli Smit və Nunu Qomeş yer alacaq.

İtaliyalı Karlo Ançelottinin rəhbərlik edəcəyi "Ronaldinyo və onun dostları" komandasına isə Ronaldinyo, Devid Ceyms, Antonios Nikopolidis, Juliano Belletti, Kafu, Edmilson, Keysi Stouni, Erik Abidal, Maykl Essyen, Yuri Corkayeff, Qaiska Mendyeta, Ronald de Bur, Henrik Larsson, Aleksandr Fray, Patrik Klüvert və Seliya Şaşiç daxil edilib.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Oxşar xəbərlər

Ronaldinyo azadlığa buraxıldı
Luka Modriç Azərbaycan paytaxtında - FOTO
"Bakıda möhtəşəm final oyununu qaçırmayın" - Luiş Fiqu
"Liverpul" "Milan"a qalib gəldi
Keçidinə görə pul ödənilməyən ən yaxşı 10 transfer - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər