Elçin Əsədov öz qapısına qol vurdu, "Zirə" uddu
Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 23-cü tura yekun vurulub.
Sportfm.az xəbər verir ki, bu gün 3 qarşılaşma baş tutub. "Zirə" "Neftçi"ni minimal hesabla məğlub edib. Lider "Qəbələ" doğma meydanda "Səbail"ə 0:2 hesabıyla uduzub. "Sumqayıt" isə evdə "Keşlə"ni üstələyib - 2:1.
16 aprel
Zirə - Neftçi 1:0
Qol: Elçin Əsədov, 34-avtoqol.
Hakimlər: Qorxmaz Eldarov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Xalid Quliyev.
Zirə. İdman Kompleksinin stadionu.
Sumqayıt - Keşlə 2:1
Qol: Camal Camalov, 19; Turan Manafov, 61 - Təbriz Xubanov, 71.
Hakimlər: Kərim Kərimov, Müslüm Mövludov, Gülyana Özcan, Yuliya Qurbanova.
Sumqayıt. “Sumqayıt Arena”
Qəbələ - Səbail 0:2
Qol: Aqşin Qurbanlı, 61. Pərviz Qaraxanov, 73.
Hakimlər: Etibar Həsənov, Rəşadət Cəfərov, Habil Əliyev, Vüsal Əliyev.
Qəbələ. Şəhər stadionu.
Oxşar xəbərlər
"Neftçi" Gəncədə qələbə qazandı
İrina Sumqayıt"ın matçına nəzarət edəcək
Ağabala "Səbail"ə iki qol vurdu
Ağabala Ramazanov "Qarabağ"a qələbə qazandırdı
Əvəzedicilərin yarışında turun hakim təyinatları müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası