reklam
Sportfm.az xəbər saytı

"Bavariya və "Real" evdə qələbə qazanmadan yarımfinala adladı


Futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Sportfm.az xəbər verir ki, "Real” doğma azarkeşlər önündə "Yuventus”la üz-üzə gəlib. İtaliyadakı matçda 3:0 hesabı ilə qələbə qazanan Madrid təmsilçisi cavab matçında son dəqiqələrə qədər eyni hesabla məğlub durumda olub. Ronaldonun final fiti ərəfəsində penalti qolu "Yuve"nin yarımfinal arzularının üstündən xətt çəkib.

Günün digər oyununda "Bavariya” "Sevilya”nı qəbul edib. İlk görüşdə almanların səfərdə 2:1 hesablı qələbəsi mərhələni keçməyə kifayət edib. Münhendə qapılara qol vurulmayıb.

Çempionlar Liqası. 1/4 final, cavab oyunları

11 aprel

22:45. "Real Madrid” (İspaniya) – "Yuventus” (İtaliya) 1:3

Qol: Ronaldo, 90+5 - Mancukiç, 2; 37. Matuidi, 67.

Baş hakim: Maykl Oliver (İngiltərə)

İlk oyun – 0:3

22:45. "Bavariya” (Almaniya) – "Sevilya” (İspaniya) 0:0

Baş hakim: Villi Kollam (Şotlandiya)

İlk oyun – 2:1

Oxşar xəbərlər

“Roma” və “Sevilya” finalda üz-üzə gələcək - Avropa Liqası
Cavab matçlarında hansı nəticələr qeydə alınacaq? - Çempionlar Liqası
“Real” və “Napoli” növbəti mərhələdə - Çempionlar Liqası
Çempionlar Liqasında son yarımfinalçılar müəyyənləşir
ÇL: Romada sensasiya, Liverpulda Salah "şou"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər