Dünya çempionatının biletlərinin dizaynı təqdim olundu
FIFA Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatının biletlərinin dizaynını təqdim edib.
Sportfm.az xəbər verir ki, hər bir biletdə oyunla bağlı əsas informasiya yerləşdirilib. Bunlar komandaların, stadionun adları, oyunun vaxtı və saatı, həmçinin azarkeşlərin stadiona buraxılışının başlanma vaxtıdır. Bildirilir ki, tamaşaçılar açılış və final matçlarına başlanmamışdan 4 saat, qalan oyunlara isə 3 saat qalmış stadiona buraxılacaqlar.
Hər bir biletdə onun kateqoriyası, tribunadakı yerin olduğu sektorun sxemi yer alacaq. Biletin arxa tərəfində stadiona gətirilməsi qadağan olunmuş əşyaların siyahısı və biletlərdən istifadə şərtlərinin ixtisar olunmuş variantı çap olunacaq.
Biletlərdə əsas müdafiə elementləri - ştrixkod və holoqram, sahibinin tam adı əksini tapacaq. Stadiona girərkən pasport da tələb olunacaq.
Biletlərin satışının ikinci dövrü aprelin 3-də yekunlaşıb. Ümumilikdə, 1,7 milyonadək bilet satılıb. Birinci və ikinci satış mərhələlərində alınan biletlər sahiblərinə aprel-may aylarında çatdırılacaq. Sonuncu satış mərhələsində canlı növbə ilə alınan biletləri isə aprelin 18-dən açılacaq FİFA-nın əsas bilet mərkəzlərindən əldə etmək mümkün olacaq.
Qeyd edək ki, dünya çempionatı 14 iyun - 15 iyulda keçiriləcək. (report.az)
Oxşar xəbərlər
Azərbaycan – Lüksemburq matçının biletləri satışda - DÇ-2022
Biletlər satışa çıxarıldı - Azərbaycan - İrlandiya DÇ-2022
Biletlər sabah satışa çıxarılacaq - Azərbaycan - Portuqaliya
Dünya çempionatına nə qədər bilet satılıb?
FİFA dünya çempionatı üçün satılan biletlərin sayını açıqladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası