reklam
Messi futboldan gedir? -
Sportfm.az xəbər saytı

Messi futboldan gedir? -Özü açıqladı


"Barselona" və Argentina milli komandasının təcrübəli futbolçusu Lionel Messi karyerasını sonlandırması ilə bağlı sualları cavablandırıb.

Sportfm.az xəbər verir ki, ulduz bu suala aydınlıq gətirməyin çətin olduğunu deyib:

“Hələ nə qədər yaşıl meydanda olacağımı bilmirəm, amma ümid edirəm ki, çox qalacağam. Hər ötən gün mənim futbola dair arzularım və coşğunluğum böyüyür. Hələ yerinə yetirmək istədiyim hədəflərim var. Daha çox kubok, daha çox qol... İndi özümü çox yaxşı hiss edirəm və futboldan imtina etməyəcəyəm. Bu məsələ haqqında düşünməyin vaxtı bir gün gələcək. Ancaq hələ tezdir”.

"Barselona"nın baş məşqçisi Ernesto Valverde də Messinin komanda üçün əhəmiyyətindən bəhs edib və futboldan getməyin onun üçün erkən olduğunu deyib.

Qeyd edək ki, Messi professional karyerasına 2003-cü ildə başlayıb.

Oxşar xəbərlər

“Ümid edirəm Messi mənim klubuma keçər” – Xuan Mata
Kuman Messi haqqında danışdı - “Messini razı salmalıyammı, bilmirəm”
"Messi İspaniya millisində oynamaqdan imtina etdi" - Del Boske
Ən yaxşı Ronaldodur, çünki Messi…
Messinin xəyalındakı futbol klubu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər