reklam
İqnasio Sadiqov və Abışova imkan vermədi
Sportfm.az xəbər saytı

İqnasio Sadiqov və Abışova imkan vermədi


“Neftçi”nin futbolçusu İqnasio Herrera Topaz Premyer Liqasında 10-cu qolunu vurub.

Sportfm.az xəbər verir ki, "ağ-qaralar”ın ötən mövsüm heyətinə qatdığı çilili legioner yubileyə 33-cü matçında nail olub. O, XXI turun “Səbail”lə ev matçındakı dublla 10-a çatıb. Ötən mövsüm 12 oyunda 3 dəfə fərqlənən cənubi amerikalı cari çempionatdakı 21-ci görüşündə 7-ci dəfə rəqib qapısına yol tapıb.

Herrera “Neftçi”nin heyətində Azərbaycan çempionatlarında 10 və daha çox qol vuran 34-cü futbolçu kimi tarixə düşüb. O, “ağ-qaralar”ın indiki heyətində bu göstəricidə rekorda şərik çıxıb. Belə ki, Rəşad Sadiqov və Ruslan Abışov da “Neftçi” formasında Premyer Liqada 10 qola sevinib.

Oxşar xəbərlər

Rauf Əliyevdən yubiley qolu - 60-cı
XXIV tur “Səbail” üçün əlamətdar oldu
"Zirə"nin "Neftçi" üstünlüyü
“Qarabağ” tarixində 5-ci olan braziliyalı
Ruslan Abışovdan ikiqat yubiley

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər