Kamran Ağayev:Əvəzində biz...
Milli komandamızın qapıçısı Kamran Ağayev Makedoniyaya qarşı keçirilən yoxlama oyunu haqda danışıb.
Sportfm.az AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, təcrübəli qolkiper bildirib ki, 90 dəqiqə ərzində üstün tərəf millimiz olub:“Qələbə qazanmaq istəyirdik. Rəqibin bir neçə futbolçusu güclü klublarda çıxış etsə də, vacib olan komanda şəklində bir-birini anlamaq, başa düşməkdir. Bu oyunda hər iki qol penalti zərbəsindən vuruldu. Oyun heç-heçə başa çatsa da, üstün tərəf biz idik. Xüsusilə də, ikinci hissədə onlara real qol epizodu yaratmaq imkanı vermədik. Əvəzində biz yaxşı oynadıq, hətta hesabı artırmağa da yaxın olduq. Yoldaşlıq oyunu olsa belə, meydana ancaq qələbə qazanmaq üçün çıxmışdıq. Çünki oyunun statusundan asılı olmayaraq, ölkəmizi təmsil edirik”.
Qeyd edək ki, oyunda 1:1 hesablı bərabərlik qeydə alınıb.
Oxşar xəbərlər
Milan Obradoviç: "Heç bir səhvə yol vermədik"
“Heç vaxt futbolçuları ayırmağı xoşlamıram, amma..." – Rəşad Sadıqov
"3 oyuna 7 xal uğurlu nəticədi" - Səlahət Ağayev
Ürfan Abbasov: Nəticə fərqli olacaqdı
Millimiz qələbə qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası