Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Rəqib komandanın kubokunu oğurladı, 2 ildən çox həbsi istənir -FOTO
"Fənərbaxça"nın 2010/11 mövsümündə qazandığı Türkiyə çempionluq kubokunu oğurlamağa çalışan Halit Şahin adlı şəxsin işinə dair istintaq araşdırması başa çatıb.
Sportfm.az xəbər verir ki, "Trabzonspor" azarkeşi olan Şahin həmin mükafatın "bordo mavili" klubun haqqı olduğunu verdiyi ifadədə qeyd edib. Dövlət ittihamçısı ona 2 ildən 11 ilədək həbs cəzası istəyib. Məhkəmə prosesi növbəti günlərdə davam edəcək.
Qeyd edək ki, Halit Şahin 2017-ci il 11 oktyabrda Kadıköy Şükrü Saracoğlu İdman Kompleksinin nəzdindəki muzeyə getmiş və şüşəni qıraraq kuboku götürmüşdü. "Kubok bizim, Trabzon" - qışqıran azarkeşi muzey işçiləri dayandırmışdı.
Oxşar xəbərlər
Zəlzələdən ziyan görən klubda pulsuz çalışacaq
"Ayaks"ın futbolçusu azadlığa buraxıldı - İstintaq davam etdir
Hakan Şükürün atasını neçə il həbs cəzası gözləyir?
Ronaldoya iki il həbs cəzası veriləcək
"Topaz"da uduzdu, 12 il həbsi istəndi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası