reklam
Sportfm.az xəbər saytı

"Xəzər"in uğurlu seriyası davam edir, "Sabah" lideri büdrətdi


Futbol üzrə Azərbaycan Birinci Divizionunda 20-ci turun oyunları keçirilib. 

Sportfm.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

“Mil-Muğan” – “Binə” və “Qaradağ Lökbatan” – “Sabah” oyunlarına heç-heçə qeydə alınıb. 

“Xəzər” isə son çempion “Turan Tovuz”la ev oyununda minimal hesabla üstün olub.

Birinci Divizion
20-ci tur

23 mart (cümə)

“Mil-Muğan” – “Binə” 0:0
Hakimlər: İnqilab Məmmədov, Elşən Acalov, Habil Əliyev, Ramiz Məhərrəmov.
Heydər Əliyev adına İmişli şəhər stadionu.

“Qaradağ Lökbatan” – “Sabah” 2:2
Qollar: Sabir Allahquliyev, 5. Əliqulu Manafov, 86 – Raul Yaqubzadə, 27. İlqar Ələkbərov, 83-pen.
Hakimlər: Orxan Məmmədov, Cavanşir Yusifov, Zöhrab Abbasov, Elgün Hüseynov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu.

“Xəzər” – “Turan Tovuz” 1:0
Qol: Tural Qürbətov, 28.
Hakimlər: Ömər Paşayev, Mübariz Haşımov, Eyyub İbrahimov, Səbuhi Bayramov.
Bakı. “İnter Arena”

Turun qalan oyunları sabah keçiriləcək: “Şüvəlan” – “Ağsu”, “Zaqatala” – MOİK.

 

Oxşar xəbərlər

“Xəzər”in oyunu Ağayevə tapşırıldı
Görüşlər yenə 15:00-da başlanacaq
Həmzəzadə Zaqatalaya göndərildi
"Binə" İmişliyə, MOİK Zaqatalaya...
İlk tura Bakıda start veriləcək - Birinci Divizionun təqvimi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər