reklam
Rafet Prekazi:
Sportfm.az xəbər saytı

Rafet Prekazi:Azərbaycan yığması ilə qarşılaşmadan əvvəl...


21 yaşadək futbolçulardan ibarət yığma komandamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Sportfm.az xəbər verir ki, U-21 yığmamız səfərdə Kosovoya 0-2 hesabı ilə uduzub. Rəşad Sadıqovun millinin baş məşqçisi kimi ilk rəsmi oyununda debütünü korlayan Hasani və Kolqeçinin vurduğu qollar olub. Rəqibin baş məşqçisi Rafet Prekazi Kosovo Federasiyasının rəsmi saytına millimizlə oyunu belə dəyərləndirib: "Azərbaycan yığması ilə qarşılaşmadan əvvəl futbolçulara verdiyim tapşırıqlarının hamısını yerinə yetirdilər. Əvvəlki oyunlarda pis çıxış etmirdik, sadəcə təcrübənin azlığı öz sözünü deyirdi. Bu uşaqlarla çalışdığım üçün fəxr edirəm. Onların böyük potensialı var. İnanıram ki, 4-5 ildən sonra bu heyətdə yer alan oyunçular Avropanın müxtəlif klublarında öz sözlərini deyəcəklər. Almaniya ilə görüşdə asan təslim olmaq fikrimiz yoxdur" 

Qeyd edək ki, yığmamız AVRO-2019-un seçmə mərhələsində 5-ci qrupda yer alır. Komandamız 6 oyuna cəmi 1 xal toplayıb. 

Oxşar xəbərlər

Millimizin İrlandiya sınağı
"Baş məşqçimiz bizi yaxşı motivasiya etdi" - Valmir Sulejmani
Ardian İsmajli: Eynən Bakıda olduğu kimi, evdə də biz dominatlıq edirdik
"Səfərdə Azərbaycan kimi komandanı udmamağımızın özü böyük günah idi" - Florent Hasani
21 yaşlılarımız məğlub oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər