reklam
Sportfm.az xəbər saytı

"Mən bu xəstəliyi geridə buraxdım"


"Sevilya"nın sabiq baş məşqçisi Eduardo Berizzo xərçəng xəstəliyini sağaldıb və fəaliyyətini davam etdirmək arzusundadır.

Sportfm.az xəbər verir ki, argentinalı mütəxəssis bunları deyib:

"Mən bu xəstəliyi geridə buraxdım. İndi işimə qayıtmaq istəyirəm. "Sevilya" məni istefaya göndərməklə vəziyyəti düzgün qiymətləndirmədi. Bunu müzakirə etmək istəmirəm. Keçmişlə yaşayanda ona bəraət qazandırmağa çalışırsan. Bu isə gələcəkdə sənə lazım olan enerji aparır. İstefa tələsik verilmiş qərar idi. Özümü xəstəliyin qurbanı kimi hiss etmirəm. Əslində müalicə çox sürətlə getdi. Əməliyyat keçirdim, sonrakı müalicəyə ehtiyac olmadı. Hazırda istirahət edirəm, məcburi məzuniyyətdəyəm. Amma ən qısa müddətdə məşqçilik işinə qayıtmaq istəyirəm".

Oxşar xəbərlər

"Futbola qayıtmaq istəyirəm" - Millimizin sabiq üzvü
"Mövsüm davam etdirilməsin" - Roberto Mançini
"Ora futbolçu kimi qayıtmaq istəmirəm" - Səmədov
Xərçəngə qalib gəldi, futbola qayıtdı
"Azərbaycanda futbolla bağlı vəziyyəti dəyişmək mümkün deyil" - Prosineçki

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər