“Azərbaycandan daha yaxşıyıq” –Kosovo millisinin futbolçusu
Kosovonun U-21 millisinin futbolçusu Valmir Süleymani Avropa çempionatının seçmə mərhələsində Azərbaycan və Almaniya ilə oyun öncəsi fikirlərini bildirib.
Sportfm.az xəbər verir ki, o, bununla bağlı deyib:"7 aydan sonra milliyə qayıtdım. Normalda bu cür zədədən sonra geridönüş asan olmur, amma özümü yaxşı hiss edirəm. Qarşıdakı hər iki oyundan uğur gözləyirəm. Azərbaycana qarşı ilk matçda meydana çıxa bilməmişdim, amma düşünürəm ki, oyun planında onlardan daha yaxşıyıq. Almaniya millisini yaxşı tanıyıram. Bu ölkənin U-17 və U-18 millilərində oynadığım üçün güclərinə bələdəm”.
Qeyd edək ki, Süleymaninin Almaniyanın əsas millisində çıxış etmək perspektivi olsa da, o tarixi vətəninin yığmasını seçib.
Oxşar xəbərlər
"Milliyə kömək etmək üçün qayıtdım" - Polina Rəhimova
"Özümüzə daha çox güvənməliyik" - Qurban Qurbanov
"Millidə məşq etmək üçün yetərli zamanımız olmur" - De Byazi
Valdas Urbonas:"Azərbaycan ayrı-ayrılıqda yaxşı futbolçulardan təşkil olunmuş komandadı"
Kosovonun baş məşqçisi: "Azərbaycana qalib gəlməliyik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası