reklam
Azərbaycan yığmasının futbolçusu özünü güllələdi -
Sportfm.az xəbər saytı

Azərbaycan yığmasının futbolçusu özünü güllələdi -FOTO


Şəkidə XI sinif şagirdi Firəngiz Qaliz qızı Əzizova özünü ov tüfəngi ilə güllələyib.

Sportfm.az bildirir ki, yenicag.az-ın əldə etdiyi məlumata görə, əməliyyat olunan məktəbli hazırda reanimasiya şöbəsinə yerləşdirilib.

Yaxınlarının sayta verdiyi məlumata görə, özünə qarın nahiyəsindən atəş açan Fəridə futbol üzrə Azərbaycan millisinin üzvü olub. Qapıçı mövqeyində çıxış edən Əzizova bir müddət əvvəl təlim-məşq toplanışı üçün Bakıya yollanıb. Bayramla əlaqədar evinə qayıdan 17 yaşlı qız bayram tətilindən sonra millimizlə birlikdə Fransaya yollanmalı idi.

Lakin sayta açıqlama verən AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla Fəridənin cəmi bir dəfə yığmanın toplanışında olduğunu bildirib: "Fəridə Əzizova millinin toplanışında fevral ayında olub. Rəsmi turnir və oyunlarda çıxış etməyib. U-17 qızlar hazırda Bakıda, U-19 qızlar isə Kiyevdə toplanışdadır, heç birinin heyətinə dəvət olunmayıb. Qadın futbolunun rəhbəri Nəriman Axundov Fəridənin atası ilə əlaqə saxlayıb. Atası bildirib ki, qızı təsadüf nəticəsində özünə atəş açıb.

Qeyd edək ki, faktla bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

Oxşar xəbərlər

AFFA-nın əməkdaşlarına fəxri ad verildi
Virusa yoluxmuş futbolçularımızın aqibəti necə olacaq? - Açıqlama
Futbolçu millimizdən kənarlaşdırıldı - "Neftçi"nin xahişi ilə
Kiyevdə qətl törədən azərbaycanlı idmançı çıxdı - FOTO
Şağird futbol oynayarkən öldü - Bakıda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər