reklam
Sportfm.az xəbər saytı

"Mən ən yaxşı hücumçuyam"


"Bayern Münhen"in hücumçusu Sandro Vaqner 2018-ci il dünya çempionatında iştirak etmək istəyir.

Sportfm.az xəbər verir ki, 30 yaşlı forvard Bundestimin baş məşqçisi Yoahim Lövdən dəvət alacağına ümidlidir.

"Diqqətimi öz oyunuma cəmləşdirmişəm. Başqalarının nə etməsinin mənə fərqi yoxdur. Son illər səylə çalışmışam və qollar vurmuşam. Əsas rəqiblərimdən biri (Mario Qomez nəzərdə tutulur), deyəsən, dünya çempionatına getməyə hazırlaşıb. Amma mən özümə güvənirəm. Forma geydiyim bütün klublarda məhsuldar oynamışam. Yüksək dəstədə qalmaq mübarizəsi aparan "Darmştad"da, Avropa Liqasında oynayan "Hoffenhaym"da, indi isə "Bavariya"da. Buna görə dünya çempionatına getməyə layiq olduğumu düşünürəm. Mənə elə gəlir ki, Almaniyanın ən yaxşı hücumçusuyam. Bunu min dəfə demişəm. Qərarı Yoahim Löv verir. Onun hər seçimini qəbul edəcəm. Amma optimist düşünürəm"

Oxşar xəbərlər

"Karyeramın zirvəsi hələ qabaqdadır" - Mahir Emreli
"Qrupdan çıxmağa layiq deyildik"
“Düz 23 kiloqram çəki atmışam” – Rauf Məmmədov
Yoahim Löv:"Rəqibin kimliyinin fərqi yoxdur"
Yoahim Löv çətin durumda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər