ÇL: "Real" Madrid və "Liverpul" 1/4 finalda
Futbol üzrə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin cavab oyunlarına start verilib.
Sportfm.az xəbər verir ki, günün əsas oyunu Parisdə keçirilib. “PSG” “Real”ı qəbul edib. Matçın 52-ci dəqiqəsində Dani Alvesin kobud səhvindən sonra Kriştiano Ronaldu hesabı açıb. Oyunun 65-ci dəqiqəsində hakimə etirazına görə Marko Veratti ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Meydan sahibləri oyunun 71-ci dəqiqəsində Edison Cavaninin vurduğu qol ilə hesabı bərabərləşdiriblər. Qonaq "kral" klubu 80-ci dəqiqədə hesabda yenə önə keçib. Kazemiro fransızları meydanın mərkəzinə dəvət edib. Komandaların cəhdlərinə baxmayaraq matçın sonunadək hesab dəyişməyib.
Bu komandalar arasında ilk görüş madridlilərin 3:1 hesablı qələbəsi ilə başa çatmışdı. "Real" növbəti mərhələyə yüksəlib.
Günün digər matçı İngiltərədə keçirilib. Səfərdə rəqibini 5:0 hesabı ilə darmadağın edən “Liverpul” öz meydanında “Portu”nu məğlub edə bilməyib. “Liverpul” 0:0 hesablı bərabərliklə növbəti mərhələyə yüksəlib.

Oxşar xəbərlər
Yarımfinalın ən yaxşı qolu – VİDEO
Mbappe və minimal hesablı qələbə - Çempionlar Liqası
"Mançester Siti" məğlubiyyət, "Yuventus" qələbə ilə 1/4 finalda
"Real"dan "comeback", "Liverpul"dan səfərdə möhtəşəm qələbə
“İnter” doğma meydanda “Kəpəz”i məğlub etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası