Əfsanəvi futbolçu necə dünyasını dəyişdi?
İspaniya futbol tarixinin ən yaxşı forvardlarından biri olan, “Quini” ləqəbi ilə tanınan Enrike Kastro 68 yaşında vəfat edib.
Sportfm.az xəbər verir ki, məşhur futbolçu keçirdiyi infarkt nəticəsində həyata vida edib.
Quininin bir zaman fromasını geyindiyi “Barselona” klubu məşhur futbolçusu üçün “Kamp Nou” mirasını əsla unutmayacaq” mesajı yayımlayıb. Quini “Sportinq Qiyon” forması ilə çıxdığı 443 matçda 231, “Barselona” forması ilə çıxdığı 100 matçda 54 qol vurub.
İspaniya La Liqasında mövsümün ən məhsuldar futbolçusuna verilən “Piçiçi Mükafatı”na 5 dəfə layiq görülən Quini 1978-ci ildən 1982-ci ilə qədər 35 dəfə İspaniya Milli Komandasında çıxış edib.
“Barselona”nın “Herkules”i 6-0 hesabı ilə məğlub etdiyi matçdan sonra qaçırılmış, 25 gün sonra sərbəst buraxılmışdı.
Oxşar xəbərlər
“Mən futbol tarixinin ən yaxşı oyunçusuyam” - Ronaldo
Millinin üzvü vəfat etdi - 29 yaşında
Messi, Levandovski və Salah... 3 ən yaxşı
"Barselona" Messiyə müddətsiz müqavilə təklif etdi
Məşhur futbolçu karyerasını başa vuracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası