reklam
Sportfm.az xəbər saytı

"Zirə"nin futbolçusu cərimə olundu


İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportfm.az saytı xəbər verir ki, tədbirdə Premyer Liqanın son turunda "Neftçi" - "Zirə" oyununda baş verən olaylarla bağlı qərarlar qəbul edilib.
24 fevral 2018-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasının XVII turunun  “Neftçi” – “Zirə” matçının 76-cı dəqiqəsində “Zirə” klubunun 38 №-li futbolçusu İlkin Muradov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub. 
25 fevral 2018-ci il, 2017/2018 mövsümündə, Topaz  Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XVII turunun “Neftçi” – “Zirə” matçının 42-ci dəqiqəsində “Zirə” klubunun 22 №-li futbolçusu Milad Bayramov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur. 

Oxşar xəbərlər

"Zirə"nin futbolçusu iki oyunluq cəzalandı, "Qəbələ" cərimə olundu
Cavidin cəzası açıqlandı
AFFA Samir Əliyevi cəzalandırdı
İmişli klubu heyətinə adı protokolda olmayan futbolçu saldı - 0:3 hesablı texniki məğlubiyyət aldı
"Turan Tovuz" və "Neftçi" cərimə olundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər