AVRO-2020-nin mükafat fondu açıqlandı
Futbol üzrə 2020-ci il Avropa çempionatının ümumi mükafat fondu 371 milyon avro təşkil edəcək.
Sportfm.az xəbər verir ki, bu barədə UEFA-nın baş katibi Teodor Teodoridis qurumun Slovakiyanın paytaxtı Bratislavadakı Konqresində açıqlama verib. O bildirib ki, qalib komanda 34 milyon avro qazanacaq: "Final mərhələsinin 24 iştirakçısının hər biri azı 1,25 milyon avro, maksimum 34 milyon avro əldə edəcək".
Fransada keçirilmiş AVRO-2016-nın mükafat fondu 301 milyon avro olub. Başqa sözlə, növbəti qitə çempionatı üçün bu məbləğ 70 milyon avro artırılıb.
Qeyd edək ki, AVRO-2020 qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq. Bakıda A qrupunun 3 oyunu ilə yanaşı, 1/4 final matçlarından 1-i keçiriləcək.
Oxşar xəbərlər
Avrokubokların mükafat fondu açıqlandı - UEFA
AVRO-2020-nin mükafatları açıqlandı
Yığmamız nə qədər gəlir əldə edəcək? - UEFA Millətlər Liqasının iştirakçıları üçün mükafatlar artırıldı
UEFA AVRO-2020-nin təqvimini təsdiqləyəcək
AVRO-2020-nin mükafat fondu açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Qarabağ” “Zirə”yə qarşı - Yoxlama oyunu
-
Azərbaycan millisi Moldovaya məğlub oldu - Yoxlama görüşü
-
İspanlar çexlərlə, ingilislər xorvatlarla qarşılaşacaq - Millətlər Liqası
-
“Qaradağ Lökbatan”la “Şəmkir”dən böyükhesablı qələbə
-
“Turan Tovuz” “Fənərbaxça”ya uduzdu - Yoldaşlıq qarşılaşması
-
Azərbaycanlı hakimə UEFA-dan təyinat















Misli Premyer Liqası