reklam
10 yaşlı hücumçu İstanbul klubu ilə müqavilə bağladı -
Sportfm.az xəbər saytı

10 yaşlı hücumçu İstanbul klubu ilə müqavilə bağladı -FOTO


İstanbulun "Qalatasaray" klubu 10 yaşlı futbolçu ilə müqavilə bağlayıb. 

Sportfm.az saytı xəbər verir ki, Türkiyə nəhəngi Kahramanmaraş şəhərində futbolla məşğul olan 10 yaşlı hücumçu Ali Osman Kalını transfer edib. 6 yaşında "Qalatasaray"ın Kahramanmaraşdakı filialında futbola başlayan Ali Osman tezliklə sürəti, texnikası və ağıllı oyunu ilə hər kəsin diqqətini çəkib. İstanbuldan kiçikyaşlı istedadı izləmək üçün bir qrup mütəxəssis bu şəhərə gəlib. Onların rəyi əsasında Ali İstanbula köçməli olub. 

Qeyd edək ki, Türkiyənin müxtəlif vilayət və şəhərlərində "Qalatasaray"ın 52 futbol məktəbi fəaliyyət göstərir. 

 

 

 

Oxşar xəbərlər

"Qalatasaray" ilk transferini reallaşdırdı
"Qalatasaray"ın yeni futbolçuları İstanbula gəldi
"Qalatasaray"da yeni oyunçu - İcarə əsasında
"Qalatasaray" Emre ilə müqavilə bağladı - FOTO
Arda Turan yeni komandasıyla iki illik müqavilə bağladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər