UEFA-dan kluba qəribə təklif:"Daha 1 il avrokubokdan kənarda qalın"
"Qalatasaray"ın maddi durumu UEFA-nın Maliyyə Nəzarət Komitəsi tərəfindən təhlil edilib.
Sportfm.az xəbər verir ki, qitə futbol qurumu "cim-bom"u cəzalandırmağa hazırlaşır. Belə ki, araşdırma nəticəsində məlum olub ki, İstanbul nəhənginin gəlirləri ilə xərcləri arasında qanunsuzluq var. Bu üzdən UEFA 2016-cı ildə verilən 1+1 illik avrokuboklardan kənarlaşdırma cəzasının ikinci hissəsinin qüvvəyə minməsinin tərəfdarıdı. Qurum klubun bu müddətdə problemlərini yoluna qoymasına ümid edir.
Doğrudur, "sarı-qırmızılılar"ın prezidenti Mustafa Cengiz növbəti diskvalifikasiyanın verilməməsi üçün rəhbərliklə birlikdə hərəkətə gəlib. Ancaq onun maddi durumu düzəltmək üçün çox vaxtı qalmayıb. Çünki rəhbərlik martın 9-da Nyona yollanaraq UEFA-ya ifadə verərək özünü müdafiə edəcək və yekun qərarı gözləyəcək.
Hazırda 298 milyon avro borcu olan "Qalatasaray" qısa müddətdə yeni gəlir mənbəyi yaratmalıdı. Əks təqdirdə, komanda növbəti mövsümdə də avrokuboklardan kənarda qalacaq.
Oxşar xəbərlər
10 klub avrokuboklardan kənarlaşdırılır
Super klubu avrokuboklardan kənarlaşdıracaqlar
UEFA Kubokunun qazanan klub UEFA-dan cəza gözləyir
UEFA onları 10 il avrokuboklardan qovdu
Türkiyənin ən çox çempion olan klubu yenə avrokuboklardan kənarda qala bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin







_1694603125.png)







Misli Premyer Liqası