Yığmamız Avstriyada birinci oldu -FOTO
Avstriyanın Obervart şəhərində cüdo üzrə Avropa açıq çempionatına yekun vurulub.
Sportfm.az xəbər verir ki, millimiz yarışın ikinci günündə də medalsız qalmayıb.
90 kq çəki dərəcəsində mübarizə aparan Firudin Dadaşov beynəlxalq turnirin bürünc medalını qazanıb. Kanada, Avstriya, Rusiya və İtaliya cüdoçularına qalib gələn yığmamızın üzvü yalnız çempionatda birinci yeri tutan Yaponiya təmsilçisinə uduzub.
Beləliklə, Azərbaycan cüdoçuları Obervart turnirini 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar. Dadaşova qədər Orxan Səfərov, Mehman Sadıqov "qızıl", Telman Vəliyev "gümüş", Vüqar Şirinli isə "bürünc"ə sahib olub.
Yekun nəticədə cüdo yığmamız medalların sayı və əyarına görə bütün ölkələri qabaqlayaraq, birinci yeri tutub.
Oxşar xəbərlər
Azərbaycan cüdoçuları Avropa Kubokunda birinci oldu
Cüdoçularımız İspaniyadan 9 medalla qayıdır
Boksçularımız Avropa çempionatında 1 qızıl və 2 bürünc medal qazandı
Avropa açıq birinciliyində 2 qızıl və 1 gümüş medal
Boks yığmamız Avropanın dördüncüsü oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası