reklam
Rumıniya irəlilədi, Serbiya Azərbaycana yaxınlaşdı -
Sportfm.az xəbər saytı

Rumıniya irəlilədi, Serbiya Azərbaycana yaxınlaşdı -UEFA reytinqi


Avropa Liqasının 1/16 final mərhələsinin ikinci oyun günündən sonra UEFA reytinqi açıqlanıb.

Sportfm.az xəbər verir ki,baş tutan 15 qarşılaşma siyahıda cüzi dəyişikliklərə səbəb olub.

Düzdü, xal hesabı dəyişənlərin sayı daha çoxdu. Lakin irəliləmək yalnız üç ölkəyə nəsib olub. Rumıniya 20-ci pilləni Polşadan almağı bacarıb.

Serbiya və Şotlandiya da hərəyə 1 pillə irəliləyib. Onlar Belarusun iki addım geriləməsindən yararlanıb. Balkanlılar 25-ci, britaniyalılar 26-cı sıranı ələ keçirib.

Serbiya həm də Azərbaycanla fərqi 0,375-ə qədər azaldıb. Avrokuboklar mövsümünü başa vuran Azərbaycanın mövqeyi hələlik toxunulmaz qalıb.

Ölkəmiz qitənin 23-cüsüdü. 2017/18 mövsümündə 4,375 xal qazanan Azərbaycan son 5 ilin nəticələrinə görə 19,125 xala malikdi.

Qeyd edək ki, avrokuboklara start verən 55 ölkədən yalnız 20-si mübarizəni davam etdirir. Cədvələ İspaniya başçılıq edir - 101,426 xal.(apasport.az)

Oxşar xəbərlər

UEFA reytinqi açıqlandı
Üç ölkədən növbəti qazanc – UEFA reytinqi
“Srvena Zvezda” uduzdu, Azərbaycan mövqeyində qaldı - UEFA reytinqi
“Ostersun” qalib gəldi, Azərbaycan gerilədi - UEFA reytinqi
"Qarabağ" qalib gəldi, Azərbaycan Rumıniyaya qonşu oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər