Çempionlar Liqası:2 oyunda 8 qol vuruldu
Çempionlar Liqasında (ÇL) 1/8 final həyəcanı başlayıb.
Sportfm.az xəbər verir ki, mərhələnin ilk iki oyunu keçirilib.
ÇL-in son finalçısı "Yuventus" Premyer Liqanın iddialı komandalarından "Tottenhem"i qəbul edib. Tərəflərin avrokuboklarda ilk duelləri kimi tarixə düşən qarşılaşma bərabərliklə başa çatıb. 16 oyundu məğlubiyyət üzü görməyən və son 11 matçın hamısında qələbə qazanan "qoca sinyora" 2 qol fərqi ilə önə keçdiyi matçda üstünlüyünü qoruya bilməyib. Səfərdən sərfəli heç-heçə ilə qayıdan "Tottenhem" isə cavab oyunu öncəsi böyük üstünlük qazanıb.
Digər qarşılaşmada isə "Bazel" Çempionlar Liqasının favoritlərindən olan "Mançester Siti"ni qəbul edib. "Şəhərlilər" səfərdə darmdağına sevinib. Qvardiolanın komandası 4 cavabsız qolla cavab oyununu formallığa çevirib.
Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
13 fevral
"Yuventus" (İtaliya) - "Tottenhem" (İngiltərə) - 2:2
Qollar: İquayn, 2, 9 (pen.) - Keyn, 35, Eriksen, 72
Baş hakim: Feliks Brix (Almaniya)
"Yuventus" stadionu, Turin
Qollar: İlkay, 14, 53, Silva, 18, Aquero, 23
Baş hakim: Yonas Eriksson (İsveç)
"Sankt-Yakob Park", Bazel
Oxşar xəbərlər
"Çelsi"dən qələbə,"Yuventus" "Vilyarreal"la bərabərə qqaldı - Çempionlar Liqası
"Real" evdə, "Yuventus" səfərdə məğlub oldu - Çempionlar Liqası
"Liverpul" və "Tottenhem" qalib gəldi - Çempionlar Liqası
Çempionlar Liqasında 1/4 finalın püşkü atıldı
"Yuventus" üçün kabus, "Siti" üçün əzmkar gecə - Çempionlar Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası