U-17 Liqası: 20-ci turun təqvimi
Bu gün «Bakcell U-17 Liqası»nda 20-ci turun oyunları keçiriləcək.
Sportfm.az xəbər verir ki, 6 qarşılaşmadan 3-ü əyalətlərdə, 3 isə paytaxta baş tutacaq. «Səbail» - «Neftçi» qarşılaşmasını turun mərkəzi oyunu hesab etmək olar. Turnir cədvəlində qonşu olan bu komandaları cəmi 3 xal ayırır. İmişli, Gəncə, Keşlə və Qəbələdə keçiriləcək oyunlarda cütün favilətləri məlumdur. «Qarabağ», «Kəpəz», «Keşlə» və «Qəbələ» nisbətən zəif rəqiblər önündə çətin ki, çıxılmaz duruma düşsünlər. Yalnız «Neftçi» İK İB – «Zirə» matçı haqqında bir qədər ehtiyatlı fikir yürütmək lazımdır.
12 fevral (bazar ertəsi)
12:00 «Kəpəz» - «Xəzər Lənkəran»
(Gəncə şəhəri, TİM-nin meydanı)
13:00 «Səbail» - «Neftçi»
(«Bayıl Arena»)
13:00 «Keşlə» - «Ağsu»
(«İnter Arena»)
14:00 «Neftçi» İK İB – «Zirə»
(Lökbatan OİK-nin meydanı)
14:00 «Mil Muğan» - «Qarabağ»
(İmişli şəhəri, Heydər Əliyev adına stadion)
14:00 «Qəbələ» - «Sumqayıt»
(Qəbələ şəhər stadionu)
Bombardirər: Nicat Musayev («Neftçi»)-20 qol, Xəyal Bədirov («Səbail»)-15 qol, Bayram Vəliyev («Səbail») – 14 qol.
«Het-trik news» qəzeti

Oxşar xəbərlər
U-17 Liqası: "Neftçi", yoxsa "Keşlə"?
U-17 Liqası: "Qəbələ" çempion ola biləcəkmi?
U-17 Liqası: Mərkəzi oyun Qəbələdə olacaq
U-16 Liqası, 21-ci tur: Tovuzda derbi var
U-17 Liqası: Mərkəzi oyunda bərabərlik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası