reklam
U-16 Liqası: Turun mərkəzi oyunu niyə təxirə düşdü?
Sportfm.az xəbər saytı

U-16 Liqası: Turun mərkəzi oyunu niyə təxirə düşdü?


Sabah U-16 Liqasında 19-cu turun oyunları keçiriləcək.

Sportfm.az xəbər verir ki, «Qəbələ» - «Vətən» matçı təxirə salınıb. Səbəb «Qəbələ»nin U-16 komandasının bir neçə futbolçusunun bu klubun 15 yaşlılardan ibarət komandası ilə birlikdə Gürcüstanda keçirilən turnirə yollanmasıdır.  Qarşılaşma təqvimdə nəzərdə tutulan boş günlərdən birinə təyin olunacaq. Bu barədə əlavə məlumat verəcəyik.

«Kəpəz»in buraxacağı bu turda digər 4 oyunun keçirilməsində hansısa problem yoxdur. Bu oyunlardan ən çox maraq doğuranı «Zirə» - «Neftçi» matçıdır. Turnir cədvəlində 2-3-cü yerdə qərarlaşan komandaların qarşılaşmasını turun mərkəzi oyunu da adlandırmaq olar. 

08 fevral (cümə axşamı)

12:00 «Zirə» - «Neftçi» (Aviasiya Akademiyasının stadionu)

13:00 «Səbail» - «Keşlə» («Bayıl Arena»)

14:00 «Turan» - «Qarabağ» (Tovuz şəhər stadionu)

14:00 «Sumqayıt» - «Neftçi» İK İB (Sumqayıt şəhəri, «Kapitalbank Arena») 

Bombardirlər: Emil Quluzadə («Vətən, Fərid Xasıyev («Turan») – 11 qol, Şahmar Cəfərli («Keşlə») – 10 qol. 

«Het-trik news» qəzeti

 

 

 

Oxşar xəbərlər

U-16 Liqası: "Vətən" çempionu məğlub edə biləcəkmi?
U-16 Liqası, 21-ci tur: Tovuzda derbi var
U-17 Liqası: Mərkəzi oyunda bərabərlik
U-16 Liqası: «Keşlə» autsayderə qalib gələ bilmədi
U-16 Liqası: 18-ci turda 3 gözlənilməz nəticə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər