"Qarabağ"ı dəstəksiz buraxmayan Elmirin, indi özünün dəstəyə ehtiyacı var
Futbolun bəzəyi azarkeşlərdi. Boşuna deməyiblər ki, futbol azarkeşlər üçün oynanır.
Bu gün haqqında danışacağım şəxs də futbolun bəzəyidi - yəni, çılğın azarkeşidi. Uzun müddətdir tribunalarda olan, daim sevdiyi klubunu və ölkəsinin millisini dəstəksiz buraxmayan Elmirin, indi özünün dəstəyə ehtiyacı var. Söhbət "Qarabağ" azarkeşi Elmir Kərimovdan gedir.
Futbol ictimaiyyətində də onu tanıyanlar az deyil. O, 3-cü qrup əlildi. Evin böyük oğlu olan Elmir, artıq işləmək, ailəsini dolandırmaq və valideynlərinə baxmaq istəyir. Ancaq hələki bu arzusu ona müəssər olmur. Çünki iş tapa bilmir. Fiziki qusurundan (xüsusi aparatla eşidir) dolayı getdiyi qapılardan geri qaytarılır. İndi isə üz tutub futbol ictimaiyyətinin qapısına. Deyir, "iş tapa bilmirəm, ailəm də çox pis olur. İstəmirəm pis olsunlar. Üzülürəm, amma başqa çarəm yoxdur".
Sportfm.az saytı olaraq, üz tuturuq AFFA-ya, sevimli klubu olan "Qarabağ"ın timsalında bütün klublarımıza, futbol mətbəximizdə olan bütün imkanlı şəxslərə ki, Elmirin gəldiyi bu qapıdan onu boş qaytarmasınlar, ümidlərinə qara xətt yox, işıq salıb gələcəyinə ümid yaratsınlar.
Oxşar xəbərlər
"Qarabağ"ın məşqçisi futboldan uzaqlaşdırılan oğlu haqda: "Özümə yer tapa bilmirəm"
“Kəpəz” sponsor tapa bilmir - Gəncə klubundan açıqlama
"Neftçi"nin sabiq oyunçusu ağır vəziyyətdə - Dəstək olaq
Bakıya 40 azarkeş gələcək - "Gent" dəstəksiz qalmayacaq
“İndi bizim dəstəyə ehtiyacımız var” – APOEL rəsmisi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası