reklam
“Kəpəz”in yeni transferi: O, zəng vurub dedi ki... -
Sportfm.az xəbər saytı

“Kəpəz”in yeni transferi: O, zəng vurub dedi ki... -MÜSAHİBƏ


Sportfm.az saytı "Kəpəz"in yeni transferi, ukraynalı mərkəz müdafiəçisi İqor Korotetskinin müsahibəsini təqdim edir:

- Antalyadakı sonuncu yoxlama matçında Serbiyanın "Spartak" klubuna 2:0 hesabı ilə qalib gəldiniz. Əvvəlcə bu görüşlə bağlı fikirlərinizi bilmək istərdik...

- Oyuna yaxşı başladıq. İlk dəqiqələrdən nəzarəti ələ almağı bacardıq. Topu özümüzdə saxlayıb, ağıllı hücumlar qurmağa çalışırdıq. Bunun sayəsində ilk hissədə hesabı açdıq. Fasilədən sonrakı ilk 15 dəqiqəni də pis keçirmədik. Amma sonra komandada yorğunluq özünü göstərməyə başladı. Bu, psixoloji cəhətdən bizə təsir etsə də, arada kəsərli əks-hücumlar qura bildik. Nəticədə ikinci qolu vurub, qalib gəldik. Şəxsən mən oyunumuzdan razı qaldım.

- Əvvəlki yoxlama görüşündə "Yagelloniya"ya 1:8 hesablı məğlubiyyətdən sonra komandada atmosfer necə idi?

- Düzdü, həmin nəticə əhvalımızı korladı. Heç kim belə olacağını gözləmirdi. Amma nəzərə alaq ki, yoxlama matçına çıxmışdıq. Futbolda belə hallar ola bilər. Həmin ağır məğlubiyyət artıq geridə qaldı. İrəliyə baxmaq lazımdı.

- "Kəpəz"lə nə vaxt müqavilə imzalayacaqsız?

- Artıq razılıq əldə olunub. Bakıya qayıdandan sonra sözləşməyə qol çəkəcəm.

- Bir müddətdi ki, "Kəpəz"in düşərgəsindəsiz. Burda gördükləriniz sizi qane edirmi?

- Hər şey ürəyimcədi. "Kəpəz"i çox bəyəndim. Əsasən Ukraynada oynadığım üçün, qorxurdum ki, birdən ölkə xaricində məndə alınmaz. Baş məşqçi bizdən daha çox hücumda oynamağımızı tələb edir. Bu cür oyun tərzi xoşuma gəlir.

- "Kəpəz" qış fasiləsinə sonuncu pillədə yollanıb. Təklifi müsbət cavablandırarkən heç tərəddüd etdizmi?

- Xeyr. Bu, mənim üçün növbəti çağırış idi. Hər şey bizim meydanda nə edəcəyimizdən asılı olacaq. Mənim üçün yeni ölkə, yeni komanda, yeni təəssüratdı. Qarşıda vaxtımız çoxdu. Komandanı sonuncu pillədən qurtarmaq üçün əlimizdən gələni etməliyik.

- Həmyerliniz Sergey Litovçenko komandaya sizdən əvvəl qoşulub. "Kəpəz"dən təklif alanda, onunla məsləhətləşdizmi?

- Məni buraya Litovçenko dəvət edib. Zəng vurub dedi ki, belə bir variant var. Mən də baxışa gəldim. Sonradan Sergeylə fikirlərimiz üst-üstə düşdü. Düzdü, o, fərqli ölkədə - Gürcüstanda oynayıb. Amma düşünürəm ki, bir-birimizi yaxşı başa düşəcəyik. Ən azından bunu yoxlayacağıq.

- Azərbaycanda Dmitri Bezotosnı, Anton Kanibolotski, Vitali Vernidub və Kirill Petrov kimi ukraynalı futbolçular çıxış edir. Onları tanıyırsız?

- Tanıyıram. Amma onlarla elə də çox ünsiyyətdə olmamışam. Çünki mən Ukraynada oynayırdım, adını çəkdiyiniz futbolçular isə Azərbaycanda. Amma qarşılaşsaq, buna çox sevinəcəm.(apasport.az)

Oxşar xəbərlər

"Kəpəz" sonuncu oyunda böyük hesabla qalib gəldi
"Neftçi"nin baş məşqçisi: "Hazırıq"
"Kəpəz"in yeni transferi: Bizdən əvvəl heyətdə olan oyunçular zəif olub
"Pley-offda Gürcüstan Azərbaycana qalib gələr" - "Kəpəz"in futbolçusu
Ukraynalı futbolçu türk klubunu yox, "Kəpəz"i seçdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər