reklam
Türk futbolçu qovulmasına aydınlıq gətirdi
Sportfm.az xəbər saytı

Türk futbolçu qovulmasına aydınlıq gətirdi


"Deportivo"da forma geyinən türk yarımmüdafiəçi Emre Çolak yanvarın 23-də baş məşqçi Kristobal Parralo tərəfindən məşqdən qovulmasının səbəbini açıqlayıb.

Sportfm.az xəbər verir ki, İnstagram hesabında məsələyə aydınlıq gətirən 26 yaşlı havbek bunu dil problemi ilə əlaqələndirib.

"Məşqdə dil probleminə görə çalışmanı anlamadım. Özümə əsəbləşib topa zərbə vurdum. Bu, heç kimə qarşı etiraz deyildi. Tamamilə özümə qarşı aqresiyyamdan ortaya çıxan bir hərəkət idi. Məşqçi: "Bir problem var? Məşq etmək istəmirsənsə, içəri get" - dedi. Problem olmadığını desəm də, dil probleminə görə bir-birimizi başa düşmədik. Məsələ budur. Daha sonra komanda ilə məşqə çıxmamağım da onun qərarıdır. Burda qaldığım müddətdə əlimdən gələnin ən yaxşısını edəcəyimdən heç kimin şübhəsi olmasın".

Oxşar xəbərlər

"İnsan əsəbləşib alovlanırsa, dayanmaq lazımdır" - Ayaz Quliyev
Ərəblər türk futbolçuya rekord məbləğ ödədi
Qələbəsiz oyunlar seriyası uzandı, məşqçi qovuldu
Azərbaycanlı arvadını döyən nigeriyalı futbolçu: “Arvad mənimdir, özüm bilərəm” – FOTO
İbrahimoviç: "Vaxt keçdikcə hər şey qaydasına düşəcək"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər