reklam
Bukmekerlər açıqladı: Azərbaycan, yoxsa Kosovo?
Sportfm.az xəbər saytı

Bukmekerlər açıqladı: Azərbaycan, yoxsa Kosovo?


UEFA-nın yeni layihəsi olan Millətlər Liqasının əmsalları açıqlanıb.

Sportfm.az xəbər verir ki, dünyanın aparıcı bukmeker şirkətləri 4 liqada keçiriləcək yarışın qalibi, həmçinin qruplarda birinci yeri tutmağa əsas namizədləri müəyyənləşdirib.

Azərbaycan millisinin çıxış edəcəyi D liqasında da ən şanslı komandalar bəlli olub. Proqnoza əsasən, III qrupun favoriti Qurban Qurbanovun yetirmələridi. Bukmekerlər yığmamızın mərhələ adlayacağını 1,85 əmsalla qiymətləndiriblər. Kosovonun qrup qalib olmasına isə 2,95 əmsal verilib.

Digər rəqiblərimizə gəlincə, Farer adalarının pley-offa çıxması 7,00, Maltanın bu uğura imza atması isə 13 əmsaldı.

Qeyd edək ki, Millətlər Liqasının oyunlarına sentyabrda start veriləcək.(apasport.az)

Oxşar xəbərlər

Millimiz darmadağın oldu
Milli komandamız Bakıya qələbə ilə dönür
Millətlər Liqası haqqında 5 suala cavab: niyə keçirilir, Azərbaycan hansı liqadadır?
Futbolçularımız 100 milyona yaxın pul qazana bilər!
Bukmekerlər “Qarabağ”ı daha şanslı sayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər