reklam
Hokkeyçilər arasındakı oyun zamanı kütləvi dava düşdü -
Sportfm.az xəbər saytı

Hokkeyçilər arasındakı oyun zamanı kütləvi dava düşdü -VİDEO


Rusiyada yeniyetmə hokkeyçilər arasında keçirilən ölkə çempionatının oyunundan sonra kütləvi dava düşüb.

Sportfm.az xəbər verir ki, xoşagəlməz olay “Alaniya” və “Xaski” komandaları arasında baş tutan matçda yaşanıb. Ən kiçiyi 2008-ci il təvəllüdlü olan idmançılar ciddi zədəalmaq təhlükəsi ilə üzləşiblər.

Vladiqafqaz təmsilçisinin 6:3 hesabı ilə qalib gəldiyi görüşün final fitindən sonra meydan sahiblərinin 4 hokkeyçisi ilə Nevinnomıssk təmsilçisinin 10 yaşlı üzvü arasında münaqişə baş verib. Nəticədə təxminən bir dəqiqə çəkən kütləvi dava düşüb. Hakimlərin müdaxiləsindən sonra tərəfləri ayırmaq mümkün olub. Ədalət təmsilçiləri dava iştirakçılarından 3-nü cəzalandırıblar. Toqquşmada xəsarət alan olmayıb. 

Hadisə ilə əlaqədar araşdırmalara başlanılıb. (report.az)

Oxşar xəbərlər

Yoldaşlıq görüşündə kütləvi dava düşdü
Futbolçular arasında kütləvi dava düşdü - Azərbaycan çempionatında
Ölkə prezidentinin izlədiyi matçda dava düşdü - VİDEO
Dünya çempionatının seçmə oyununda kütləvi dava - VİDEO
Ukraynada azarkeşlər arasında kütləvi dava

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər