Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Sevgilisini vurdu, 1 il cəza aldı -İngiltərədə
İngiltərənin “Liverpul” klubunun müdafiəçisi Con Flanaqan məhkəmə önünə çıxıb.
Sportfm.az xəbər verir ki, 25 yaşlı futbolçu ötən ilin sonlarında sevgilisi Reyçel Uolla fiziki təzyiq göstərdiyinə görə cavab verməli olub. Günahı sübuta yetirilən futbolçu 12 aylıq ictimai xidmət cəzasına məhkum edilib.
Qeyd edək ki, Flanaqan sevgilisini ötən il dekabrın 22-də vurub. İngilis futbolçu mübahisə etdiyi Reyçeli divara itələyib və ona təpiklə zərbələr endirib.
Con peşəkar karyerasını məhz yetirməsi olduğu “Liverpul”da başlayıb. Lakin o, indiyə qədər 51 matça çıxdığı bu komandanın son oyunlarında forma şansı qazanmır.
Oxşar xəbərlər
Ronaldonun sevgilisini görün nə günə saldılar - FOTO
Yetirməsi olduğu kluba qayıtdı - RƏSMİ
“Liverpul”dan “Eyüpspor”a... Transfer
“Liverpul” gənc futbolçu ilə müqavilə imzaladı
Onu 6 illik diskvalifikasiya, 4 illik həbs cəzası gözləyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin






_1694603125.png)







Misli Premyer Liqası