reklam
Sportfm.az xəbər saytı

"Azərbaycanda çalışdığım dövrdə yığmadakı işin klubdakından xeyli fərqləndiyini gördüm"


Azərbaycanda 3 il baş məşqçi oldum və gördüm ki, yığmadakı iş klubdakından xeyli fərqlənir.

Sportfm.az xəbər verir ki, bunu Bosniya və Herseqovina milli komandasının yeni baş məşqçisi Robert Prosineçki RTRS telekanalına müsahibəsində Azərbaycan yığmasındakı fəaliyyəti barədə danışarkən deyib.

49 yaşlı mütəxəssis bildirib ki, milli komanda üçün ölkə xaricindən istedadlı oyunçu seçimi aparıldığından, klubdakı kimi hazırlıq və analizə vaxt az qalır:

"Klubla yığma futbolun tamamilə fərqli konsepsiyalarıdır. Klubda iş gündəlik fəaliyyət və iştirak tələb edir. Yığmada iş isə tam fərqlidir. Yarışların təqvimi üzündən, milli komandaya itirilmiş şanslar daha baha başa gəlir".

Qeyd edək ki, Robert Prosineçki baş məşqçi kimi ilk dəfə Azərbaycan millisində çalışıb. O, 2014-cü ilin dekabrında AFFA ilə bağladığı müqaviləyə əsasən, bu postda 3 ilədək çalışıb.(report.az)

Oxşar xəbərlər

Robert Prosineçki xəstəxanaya düşdü - FOTO
“Prosineçki özünü Azərbaycanda da sübut etdi”
Prosineçkinin Bosniya və Herseqovina millisindəki qazancı müəyyənləşdi
Prosineçki bu millini çalışdıracaq
Robert Prosineçkiyə yeni təklif gəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər