reklam
Onlar olimpiadada iştirak edəcək, xərcini başqaları ödəyəcək
Sportfm.az xəbər saytı

Onlar olimpiadada iştirak edəcək, xərcini başqaları ödəyəcək


Cənubi Koreya KXDR-in nümayəndə heyətinin Pxençxanda keçiriləcək 2018-ci il Qış Olimpiya Oyunlarına gəlməsi ilə bağlı bütün maliyyə xərclərini öz üzərinə götürməyə hazırdır.

Sportfm.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmə İşləri üzrə Nazirliyinə istinadən "İzvestiya" məlumat yayıb.

"Keçmişdə Koreya Respublikası Cənubda keçirilmiş idman tədbirlərində KXDR idmançılarının maliyyələşdirilməsini həyata keçirib. Bunlara vəsait Koreyalararsı Əməkdaşlıq Fondu tərəfindən ödənilib", - deyə idarənin məlumatında qeyd olunub.
1991-ci ildə yaradılmış Fondun büdcəsi 899 milyon dollar təşkil edir.

Xərclərin dəqiq məbləği açıqlanmayıb. Bu, Beynəlxalq Olimpiya Komitəsi, Cənubi və Şimali Koreya dövlətlərinin mili olimpiya komitələri, həmçinin Qış Olimpiya Oyunları - 2018-in Təşkilat Komitəsi nümayəndələrinin iştirakı ilə keçiriləcək görüşdən sonra müəyyən ediləcək. Görüş yanvarın 13-də keçiriləcək.

Oxşar xəbərlər

Cənubi Koreya KXDR-ə 2032-ci il Olimpiadasını birgə keçirməyi təklif edəcək
Şimali Koreya Pxençanda keçiriləcək Paralimpiya Oyunlarına dəvət olundu
Şimali Koreyalılar Cənubi Koreyaya gedəcək
İki Koreya idmanda birləşir
BOK Şimali Koreyanı alqışladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər