reklam
Ömürlük futboldan uzaqlaşdırılan azərbaycanlı futbolçu yaşıl meydançaya
Sportfm.az xəbər saytı

Ömürlük futboldan uzaqlaşdırılan azərbaycanlı futbolçu yaşıl meydançaya "qayıtdı" -FOTO


"Keşlə" komandasının "Qaradağ Lökbatan"la keçirdiyi yoxlama oyununda maraqlı mənzərə müşahidə olunub.

Sportfm.az saytı sportnet.az-a istinadən xəbər verir ki, Premyer Liqa klubunun yeni futbolçuları hazırda komandada olmayan oyunçuların adları yazılmış formalarla meydana çıxıblar.

Pablo Podio İlter Taşkının, Nemanya Stoyanoviç Samir Zərgərovun, Ruslan Cəfərov Adrian Skarlatakenin, Herve Tçani Elşən Abdullayevin, İdris Musluyev Qara Qarayevin forması ilə ilk "11-lik"də meydana daxil olub.

Danışılmış oyunlarda iştirak etməsi səbəbindən ömürlük futboldan uzaqlaşdırılan Mirhüseyn Seyidovun forması isə Məhəmməd Qurbanovda olub.

Artıq müqaviləyə imza atmış Podiodan fərqli olaraq, digər yeni transferlər - Vaqif Cavadovla Məqsəd İsayev öz soyadları yazılmış geyimlərlə çıxış ediblər.

Oxşar xəbərlər

AFFA Mirhüseyn Seyidovu bağışlayıb?
"Keşlə" Kamran Ağayevi yola gətirdi
"Neftçi" "Keşlə"ni məğlub etdi
Vaqif Cavadov "Keşlə"də neçə nömrəli formanı daşıyacaq? - Futbolçular seçimlərini etdilər
Həbs edilmiş oyunçular "Qarabağ"a oyun satıb? - RƏSMİ AÇIQLAMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər