Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
13 milyona alınan futbolçunu 70 milyona satırlar
Avropanın böyük klublarının maraq dairəsində olan "Borussiya"nın (Dortmund) ulduzu Pyer-Emerik Aubameyanqa Çindən təklif gəlib.
Sportfm.az xəbər verir ki, qabonlu futbolçunu "Quanqzu Everqrande" və "Pekin Quoan" klubları transfer etmək istəyir.
Bildirilir ki, "Quanqzu Everqrande" Aubameyanq üçün "Borussiya"ya 70 miyon avro, futbolçunun özünə 18 milyon avro maaş təklif edir.
"Pekin Quoan"ın da bu transfer üçün 2 aydır almanlarla danışıqlar apardığı bildirilir.
Qeyd edək ki, Aubameyanq 2013-cü ildə "Sent-Etyenn"dən 13 milyon avroya "Borussiya"ya transfer olunub. O, cari mövsümdə meydana çıxdığı 23 rəsmi oyunda 21 qol vurub və 3 məhsuldar ötürmə edib.
Oxşar xəbərlər
Ən çox transfer qiymətinə malik olanlar - TOP-10
Afrika tarixində ən bahalı futbolçular müəyyənləşdi - SİYAHI
Türk futbolçuya fantastik təklif
"Everton" qabonlu futbolçuya 137 milyon ödəyəcək
Dortmund "Borussiya"sı daha bir futbolçunu rənglərinə bağladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası